Kosmosu fəth etmək üçün kim daha çox pul xərcləyir? - Siyahı


Dövlət büdcəsindən kosmik tədqiqatlar üçün ən çox vəsait ayıran ölkə ABŞ hesab olunur.
Yeniavaz.com
“Euroconsult”un açıqladığı məlumatlara istinadən bildirir ki, ötən il ABŞ kosmos ilə bağlı layihələrin icrasına 62 milyard dollar xərcləyib.
ABŞ hökumətinin xərcləri bütün digər hökumətlərin ümumi xərclərini (41 milyard dollar) üstələyib.
İkinci sırada 12 milyard dollar ilə Çin qərarlaşıb. Rusiya ilk üçlüyə belə daxil ola bilməyib.
Üçüncü sırada 5 milyard dollarlıq xərclə Yaponiya yer alıb. Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən həyata keçirilən əsas layihələrdən biri Space X-in "Falcon 9"una rəqib olacaq raketin yaradılmasıdır. H3 adlandırılan raketin 7 mart 2023-cü ildəki uçuşu uğursuz olub.
Kosmik layihələrə ən çox pul xərcləyən ölkələr aşağıdakılar olub:

ABŞ – 61,97 milyard dollar
Çin – 11,94 milyard dollar
Yaponiya – 4,9 milyard dollar
Fransa – 4,2 milyard dollar
Rusiya – 3,42 milyard dollar
Avropa Birliyi – 2,6 milyard dollar
Almaniya – 2,53 milyard dollar
Hindistan – 1,93 milyard dollar

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top