“Belə davam etsə Yaponiya məhv olacaq”


Yaponiya baş nazirinin baş müşaviri xəbərdarlıq edib ki, ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görülməsə, Yaponiya məhv olacaq.
Yeniavaz.com
“Bloomberg”ə istinadla xəbər verir ki, 2022-ci ildə Yaponiyada yeni doğulanların sayı əvvəlki ilə nisbətən 5,1 faiz azalaraq 799 min 728 olub. Bu, Yaponiyanın 1899-cu ildə qeydlər aparmağa başlamasından bəri ən aşağı göstəricidir.
Məlumatlar göstərir ki, eyni dövrdə ölənlərin sayı 8,9 faiz artaraq 1,58 milyon nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top