Gürcüstanda etiraz aksiyası keçirildi


Gürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirilir.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, etiraz aksiyası zamanı polislə etirazçılar arasında insident baş verib.
Etirazçıların parlamentə daxil olmasının qarşısı xüsusi təyinatlılar tərəfindən alınıb.
Qeyd edək ki, etirazla parlamentdə bu gün qəbul edilən "xarici agentlər" haqqında qanuna görə baş verib.
Yeni qanuna əsasən illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı “xarici təsir agenti” kimi reyestrdən keçməli olacaqlar. Reyestrdən keçməyənlər 25 000 lari (9 500 dollar) cərimə ediləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top