Taylandın Kançanaburi rayon məhkəməsi Tong Pa Pum Milli Parkında pələngi və onun balasını öldürərək mühafizə qanununu pozan beş ovçunun hər birini beş il müddətinə azadlıqdan məhrum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Ümumdünya Təbiət Fondunun məlumatına görə, pələnglər nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər sırasındadır.
Qeyd edək ki, pələnglərin dəri və sümükləri xüsusilə Çin və Vyetnamda ənənəvi tibb istehsalında istifadə olunur.