
Ölkənin 4-cü böyük şəhəri Mingəçevirdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib.
Yeniavaz.com xəbər verir ki, aksiya Az Dress qəsəbəsində gerçəkləşib.
Belə ki, qəsəbədəki körpünün ətrafında Mənzil Kommunal Təsərrüfatı Kombinatının təşəbbüsü ilə 150 ədəd şam və sərv ağacı əkilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşları, YAP şəhər təşkilatı fəalları və digər təsərrüfat müəssisələrinin nümayəndələri iştirak edib.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirməkdən ibarət olub.




Esmira Hidayətova, Mingəçevir