Ölkəyə 2,2 manata gətirilən qızılgül 8-9 manata satılır

 
Sabah 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Artıq bu gündən gül dükanlarında canlanma müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, hədiyyəlik güllər arasında ən çox tələbat qızılgülədir.  
Əksər gül dükanlarında qızılgülün bir ədədinin qiyməti 8-9 manata satılır. Bu isə o deməkdir ki, idxal olunan qızılgüllərin gömrük qiymətilə dükanlardakı pərakəndə satış qiyməti arasında 4 dəfə fərq var.
Məlumat üçün qeyd edək ki, açıqlanan rəsmi məlumatlara görə, ötən il Azərbaycana ümumi dəyəri 4 milyon 168 min dollar olan 3 milyon 145 min ədəd təzə qızılgül idxal edilib. Nəticədə ölkəyə gətirilən bir ədəd qızılgülün orta gömrük dəyəri 2,2 manat olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top