
1994-cü ildə dövlət qeydiyyatına alınan "Turan Air" MMC (VÖEN-1400394111) ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda yaradılan ilk özəl aviaşirkətin təsisçiləri “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni və ABŞ-ın “İTİ Trading İnternational” şirkəti olub. 1997-ci ilin yanvar ayında AZAL şirkətin təsisçiləri sırasından çıxıb, aviaşirkət "Turan Air" Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən qeydiyyata alınıb.
Hazırda 2 milyon 470 min manat nizamnamə kapitalı olan "Turan Air" MMC-nin hüquqi ünvanı Heydər Əliyev Beynəlxal Aeroportunda yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyeva Gülnarə Hacıbaba qızıdır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz