"Daha bizə səs verə bilməyəcəksiniz..." - REAL-ın qeydiyyatı ləğv edilə bilər


“Yaxın aylarda REAL (Respublikaçı Alternativ Partiyası) 5 min üzvdən ibarət siyahını yeni qanunun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında Partiyanın dövlət qeydiyyatı ləğv ediləcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu partiyanın sədri İlqar Məmmədov özünün feysbuk hesabında yazıb.
“Hökumət bütün dünyaya izah etməli olacaq ki, niyə basqı havasını aradan qaldırmadan yeni qanun qəbul edib ölkənin məhz ən konstruktiv, əməkdaşlığa hazır, irəliyə baxan siyasi partiyasını vurdu. Amma bu söhbətin faydası artıq olmayacaq.
Əlbəttə ictimai həyatdan gedəsi deyilik. Sadəcə, daha bizə səs verə bilməyəcəksiniz. Ölkə çox önəmli perspektivləri ilə vidalaşacaq”, - deyə İ. Məmmədov bildirib.
Partiya sədri insanları REAL-a üzv olmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top