
“Altılı masa”nın namizədi prezident seçilsə İstanbulun bələdiyyə başçısı Əkrəm İmamoğlu və Ankaranın bələdiyyə başçısı Mansur Yavaş prezident köməkçiləri olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Cümhuriyyət Xalq Partiyasının lideri, “altılı masa”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu iclas sonrası çıxışında deyib.
O qeyd edib ki, ortaq bəyanata əsasən Prezidentin müvafiq bildiyi vaxtda həmin qərar yerinə yetiriləcək.
Xatırladaq ki, İYİ Partiyanın lideri Meral Akşener İstanbulun bələdiyyə başçısı Əkrəm İmamoğlu və Ankaranın bələdiyyə başçısı Mansur Yavaşın gələcəkdə prezident köməkçiləri olması halında masaya qayıdacağını bildirmişdi.