
Xəbər verdiyimiz kimi, bu gün İYİ Partiyanın sədri Meral Akşener yenidən “altılı masa”ya qayıdıb.
Yeniavaz.com xəbər verir ki, 6 saat davam edən 6 müxalif partiya liderlərinin görüşü başa çatıb.
Müxalifətin prezidentliyə vahid namizədi CHP lideri Kamal Kılıçdaroğlu olub.
***16:58

İki bələdiyyə sədrinin ardından CHP lideri Kamal Kılıçdaroğlu ilə də görüşən İYİ Partiya rəhbəri Meral Akşenerin iştirakı ilə 6 lider yenidən Səadət Partiyası Ümumi Mərkəzində bir araya gəlib.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, M.Akşenerin də iştirakı ilə “Altılı masa”nın iclası başlayıb.
Akşenerin təklifinin də müzakirə olunacağı görüşdən sonra “Altılı masa”nın prezidentliyə namizədinin açıqlanacağı gözlənilir.
***16:39
Türkiyədə İYİ Partiyanın sədri Meral Akşener yenidən “Altılı masa”ya qayıda bilər.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, Millət İttifaqının bu gün baş tutacaq toplantısından əvvəl İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaş İYİ Partiyanın sədri Meral Akşeneri ziyarət ediblər.
Mətbuata açıqlma verən Əkrəm İmamoğlu bildirib ki, bu ziyarəti hörmətli sədrimiz Kılıçdaroğlunun istəyilə ilə edirik: “Türkiyəmizin bu çətin günlərində “Altılı masa”nın millətimizin gələcəyi üçün əhəmiyyətinin fərqindəyik”.
Mansur Yavaş isə açıqlamasında deyib ki, bu hadisələri masa arxasında izləyə biməzlər: “Biz “Millət İttifaqı”nın bələdiyyə sədriyik. Hamımız bir araya gəldik. Ankara, İstanbul kimi böyük şəhərləri qazandıq. Qarşımızda seçim var. Millətimiz ayrılığa dözə bilməz. Yenidən bir araya gəlmək xalqımızın arzusudur. Bunu da çatdırdıq”.
İYİ Partiya sözçüsü Kürşad Zorlu isə Akşenerin “Millət İttifaqı”na yeni formul təqdim etdiyini bildirib. O deyib ki, Akşener İmamoğlu və Yavaşın vitse-prezidentliyə namizəd olmalarını istəyib.
Ehtimal olunur ki, “Millət İttifaqı” Akşenerin təklifini qəbul edərsə o yenidən “Altılı masa”ya qayıda bilər.
“Reuters” agentliyi CHP-nin yüksək səviyyəli rəsmisinə istinadən bildirib ki, onlar Akşenerin təklifini qəbul ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz