
Türkiyədə fevralın 6-da baş verən şiddətli zəlzələlərdə uçan binalarla bağlı hazırda 997 şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Prokurorluğundan məlumat verilib.
Barəsində cinayət işi açılan şəxslərdən 247-si həbs olunub. Saxlanılanlar arasında 93 podratçı, 123 bina nəzarətçisi, 13 bina sahibi və 18 bina sakini var.