İnce prezident seçilsə, növbəti dəfə namizəd olmayacağını açıqladı


Türkiyədə Gələcək Partiyasının lideri Muharrem İnce prezident seçkilərində qalib gələrsə, növbəti dəfə namizəd olmayacağını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “TV 100”ün efirində danışıb.
M. İnce prezidentlikdən sonra nə işlə məşğul olacağını da açıqlayıb.
“Prezidentliyimin birinci dövründə uçurumun kənarındakı bu ölkəni müasir bir ölkəyə çevirəcəyimə inanıram. Və sonra gedəcəyəm. Qətiyyən çətin bir şey deyil. Ağılla, elmlə, hüquqla, əxlaqla, ədalətlə bunu edə biləcəyimə inanıram. Təhsil sistemini demokratikləşdirəcəyəm, müasirləşdirəcəyəm. 300 ağıllı insanla edəcəyəm bunu. Bu məmləkətin torpaqlarından bərəkət fışqıracaq, fabriklərdən duman yüksələcək, pasportumuzun gücü dünyada artacaq. Buna şübhəniz olmasın. Birinci dövrün sonunda da, söz verirəm, Hakkaridə Sünbül dağının və Ədirnədə Meriç çayının kənarında dəmli bir çay içib kəndimə geri qayıdacağam və nəvələrimə riyaziyyət öyrədəcəyəm”, - deyə Muharrem İnce bildirib.
Qeyd edək ki, may ayının 14-də Türkiyədə prezident seçkiləri keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top