Hərbçimiz şəhid olubmuş... - Yenilənib


"Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olması barədə məlumatı təsdiq edirik".

Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən bildirilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda deyilir.

***5 mart, 09:12
Neftçala sakini, 1995-ci il təvəllüdlü hərbçi Hüseynov Kamran Namiz oğlunun martın 4-də qar uçqunu nəticəsində həlak olduğu bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb.
O bildirib ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi btirən zabit ötən gün – martın 4-də doğulduğu şəhərdə torpağa tapşırılıb:
“Bu barədə heç bir rəsmi məlumat yayılmayıb”.
 

DİGƏR XƏBƏRLƏR

Top