Soylu zəlzələ nəticəsində ölənlərin sayını açıqladı


Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 min nəfərə yaxınlaşır.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
“Dağıntılar altında və xəstəxanalarda həyatını itirən vətəndaşlarımızın və zəlzələ qurbanlarının sayı bu günə qədər 45 min 968-dir. Onların arasında 4 min 267 suriyalı qardaş da var”, - nazir deyib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Eyni gün Qaziantep vilayətində də 6,4 və 6,5 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində, həmçinin Suriyada ciddi dağıntılara səbəb olub.
Hələ də dağıntılar altında xeyli sayda insanın olduğu güman edilir.
Axtarış-xilasetmə işləri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top