Mingəçevirdə “tütək səsi”... – Fotolar


Səhər açılar-açılmaz tütək səsinə oyanırsan. Evlərin qarşısı,  parklarda, bazar ətrafında son vaxtlar tütək çalanlarla tez-tez rastlaşırıq. Düzü, bu cür yaşayanların həyat tərzi mənə maraqlı gəldi. Hərəsi qarşılarına balaca bir qutu qoyub müxtəlif musiqilər çalaraq insanların marağını cəlb etmək istəyirlər. Ayaq saxlayıb onlara pul verənlər də var, mənim kimi maraqlananlar da olur.

Bu uşaqlarla söhbətdən aydın oldu ki, kimisinin anası xəstədir dolanışıq üçün tütək çalır. Bəziləri işsisizikdən şikayətləndilər. Kimisi isə də sadəcə maraq üçün tutək çaldığını dedi.
Bir orta yaşlı kişi isə nə danışdı, nə də dindi. Boyununda asdığı lövhədə 20 qəpik yazılmışdı. Şəhər sakinləri isə bu kimi halların günü-gündən çoxalmasını işsizliyin artması ilə əlaqələndirdilər.
Şəhər sakini Fikrət Həsənov deyir ki, şəhərdə iş yerləri olsaydı kasıb təbəqənin ailələri də işləyərdi, hərə əlinə bir tütək alıb çalmazdı:
“İşsizlik, maaşın az olması, günbə-gün artan qiymətlər insanları bu həddə çatdırır. Tez-tez intihar, oğurluq, quldurluq xəbərlərini eşidirik. Bəzən insanlar elə bir hadisə yaşayır ki, doğru-düzgün qərar verə bilmir, heç bir çıxış yolu olmadığını düşünür. Amma bu tütək çalanlar heç olmasa özləri üçün bunu iş hesab edirlərsə neyləmək olar? Təəssüf hissi ilə deyərdim ki, Mingəçevirdə 30 mindən çox işsiz var, bu say da günbə-gün artır. Mənə elə gəlir ki, parkların sayını artırmaqdansa insanlara iş yerləri açmaq lazımdır, acınacaqlı durumdur”.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top