Silahlı hücumda 1 nəfər ölüb, 2 nəfər yaralanıb – Yenilənib


“Bravo”da baş verən insidentdə 2 nəfər xəsarət alıb, 1 nəfər dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
“Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.
Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.
1 nəfər hadisə yerində dünyasını dəyişib”, - məlumatda bildirilib.

***12:51
Bakıda “Bravo” marketlərinin birində silahlı insident olub.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu “Nargilə kafesi” adlanan əraziyə yaxın olan “Bravo” Əhmədli Hipermarketində qeydə alınıb.
Bildirilib ki, hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a bilirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu əraziyə cəlb edilib:
"Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək".
Hadisə ilə bağlı Baş prokurorluqdan da açıqlama verilib:
"Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.
Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək".

DİGƏR XƏBƏRLƏR

Top