Rəşad Dağlının həbs müddəti artırıldı – Yenilənib


Tanışını qətlə yetitməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən iclasda müstəntiq çıxış edərək təqsirləndirilən şəxsin həbsinin davamını gərəktirən dəlilləri elan edib.
Hakim Günay Həşimova istintaq orqanının təqdimatını əsaslı hesab edib.
Qərara əsasən, Rəşad Dağlı barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti 2 ay uzadılıb.



***11:46
Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılır.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, Rəşad Dağlı hazırda Qaradağ Rayon Məhkəməsinə gətirilib.
Bildirilib ki, təqdimata hakim Gülnar Aslanova baxır.
Qeyd edilib ki, Rəşad Dağlı tanışı - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirməkdə ittiham olunur.
Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib.

DİGƏR XƏBƏRLƏR

Top