Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel ilə İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi ilə bağlı son hadisələri müzakirə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan-Aİ tərəfdaşlığı gündəliyindəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Mirzoyan və Borrell regional və beynəlxalq təhlükəsizlik məsələlərini də müzakirə ediblər.
Fevralın 20-də Ermənistanda rəsmi fəaliyyətə başlayan Aİ-nin mülki monitorinq missiyasının bu ölkədə yerləşdirilməsinin vacibliyi qeyd edilib.