Xeops piramidasında yeni dəhliz aşkarlandı


Misirdəki Xeops piramidasında əvvəllər məlum olmayan dəhliz aşkar edilib. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə martın 2-də turizm və qədim əşyalar naziri Əhməd İsa məlumat verib.
“Piramidaların tədqiqi zamanı uzunluğu 9 metr, eni 2,1 metr olan dəhliz aşkar edilib. Piramida dünyanın ən məşhur piramidalarından biridir, çünki orada çoxlu dəliklər açılıb, onlardan arxeoloqlar qədim Misir sivilizasiyalarının yeni sirlərini aşkar etmək üçün istifadə ediblər”, - deyə o qeyd edib.
Xeops piramidası təxminən eramızdan əvvəl 2560-cı ildə inşa edilib. 1872-ci ildə orada kraliçalar otağı deyilən bir otaq aşkar edilib. Ondan indiyədək açılmamış nəhəng qapıların arxasında yerləşən dəhlizlər uzanır.

DİGƏR XƏBƏRLƏR

Top