Klinton milyarderləri bir günə daha da varlandırdı

Dünyanın zəngin insanları bu gün ərzində məcmu sərvətlərini 35 milyard dollar artırıblar. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb Demokratlar Partiyasının ABŞ prezidentliyinə namizədi Hillari Klintonun seçkilərdə qələbə ehtimalının artması fonunda dünya bazarlarının yüksəlişi olub. Belə ki, “Bloomberg Billionaires Index” indeksi üzrə milyarderlərin akitvlərinin məcmu xalis dəyəri yekunda cümə günündən etibarən 0,8 faiz artaraq 4,4 trilyon dollara çatıb. Milyarderlərin bu siyahısında birinci yeri tutan “Microsoft”un qurucusu Bill Qeyts investor Uorren Baffet kimi gün ərzində kapitalını 1,5 milyard dollar, “Amazon” onlayn-riteylin rəhbəri Ceff Bezos isə 2,6 milyard dollar artırıb. Bazarlar tərəfindən H. Klintonun namizədliyi Respublikaçılar Partiyasının namizədi Donald Trampla müqayisədə gələcəkdə biznesin aparılması üçün daha çox proqnozlaşdırılan hesab edilir.

DİGƏR XƏBƏRLƏR

Top