Paytaxtın tıxac olan yolları... - Siyahı


Paytaxt Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda yollardakı vəziyyət belədir:
1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası  istiqamətində;
4. "20 Yanvar" dairəsində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. 8 Noyabr prospekti, “Nargilə”dairəsi  kəsişmədən mərkəz istiqamətində;
10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
11. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
12. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

Top