
Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsi COVID-19 epidemiyası ilə əlaqədar ictimai yerlərdə maska tələbini ləğv edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Honq-Konq Baş İcraçı Direktoru Con Li, açıqlamasında maska tələbinin ləğvi ilə şəhərdə həyatın normallaşdığını və yeni ildə iqtisadiyyatın canlandırılmasını prioritetləşdirəcəklərini vurğulayıb.
Qeyd edək ki, həmin qadağa 2020-ci ildə qüvvəyə minmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz