Ukraynada yenidən hava hücumu xəbərdarlığı elan edildi


Ukraynanın əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Ölkənin mərkəzi və şərq bölgələrində, o cümlədən Kiyevdə və regionda həyəcan təbili çalınıb. 
“Strana.ua” nəşri eyni vaxtda Poltava vilayətinin Kremençuk şəhərində, eləcə də Sumı vilayətinin ərazisində partlayış səslərinin eşidildiyini bildirib. Poltava vilayətinin administrasiyasının rəhbəri Dmitri Lunin də öz Teleqram kanalında raket hücumu təhlükəsi barədə məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top