Yunanıstanda qatar qəzasından sonra nazir istefa verdi


Yunanıstanın infrastruktur və nəqliyyat naziri Kostas Karamanlis istefa verib.
Yeniavaz.com
xarici mediaya istinadla xəbər verir ki, nazir dəmir yolunda baş verən fəlakət səbəbilə istefa verdiyini açıqlayıb.
“Mən infrastruktur və nəqliyyat naziri vəzifəsindən istefa verirəm. Bunu bu qədər haqsız yerə həlak olan insanların xatirəsinə hörmətin minimal bir əlaməti olaraq, Yunan dövlətinin və siyasi sisteminin sonsuz səhvlərinə görə məsuliyyəti öz üzərimə götürməyi borc bilirəm”, - deyə o bildirib.
Xatırladaq ki, Yunanıstanda  sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 40 nəfər ölüb, 85 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top