"Millət 14 mayda lazım olanı edəcək" - Ərdoğan


“Bunu yaxşı bilin ki, bu millət, inşallah, 14 mayda lazım olanı edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Təbii ki, bəziləri üçün oturduğu yerdən atıb-tutmaq, ağzına gələni danışmaq asandır. Onlar zəlzələ bölgəsinə gedib sadəcə danışacaqlar, sadəcə poza verib qayıdacaqlar, sadəcə kameralar qarşısında yaşanan ağrını istismar edəcəklər. Çünki onların çiynində ölkənin yükü millətin məsuliyyəti, insanların ahı yoxdur. Dediyimiz hər şeyi etməyə və etdiyimiz hər şeyin hesabını verməyə borcluyuq”, - Ərdoğan deyib.
Qeyd edək ki, R.T.Ərdoğan daha əvvəl Türkiyədə prezident seçkilərinin 14 mayda keçirləcəyinə işarə edib.

DİGƏR XƏBƏRLƏR

Top