Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı - Sərəncam


Nəzarət orqanlarında ixtisaslaşmış struktur bölməsi yaradılacaq və kadr potensialı artırılacaq.

Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda əksini tapıb.Fəaliyyət Planına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi 2023-cü il ərzində bu sahədə ixtisaslaşmış işçilərinin say tərkibinin optimallaşdırılması, mütəmadi və hədəfli təlim proqramlarının tətbiqi və işçi heyətinin potensialının gücləndirilməsi işlərini həyata keçirməlidir.

DİGƏR XƏBƏRLƏR

Top