İntihara cəhd edən jurnalistlə bağlı TƏBİB-dən açıqlama


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) jurnalist Aygün Əliyevanın səhhəti ilə bağlı açıqlama yayıb.

TƏBİB-dən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, hazırda jurnalistin vəziyyəti stabildir:
 “27 fevral 2023-cü il saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən 1982-ci il təvəllüdlü vətəndaşın vəziyyəti stabildir. Hazırda müalicəsi davam etdirilir”.
Qeyd edək ki, A.Əliyevanın başqa imza ilə Operativ Qərargahı tənqid edən yazı yazmasından sonra “Azərtac”dakı işindən kənarlaşdırılıb. Məsələyə görə məhkəməyə müraciət edilib. A.Əliyeva işinə bərpa edilməsini tələb edib. İşə bərpa olunmadığından isə ötən gün intihara cəhd edib.
AZƏRTAC-dan verilən açıqlamada isə bildirilib ki, mətbuat orqanının İtaliya üzrə sabiq müxbiri Aygün Əliyeva 2020-ci ildə işdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib və indiyədək bu proses davam edir.

DİGƏR XƏBƏRLƏR

Top