Kamran Əliyev özünə köməkçilər təyin etdi


Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Vüsal Əliyev Baş prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Vüsal Əliyev bu təyinata qədər Baş prokurorun xüsusi tapşırılar üzrə köməkçisi vəzifəsində çalışəb.
Bundan əlavə müvafiq əmrlə Rail Bayramlı tutduğu vəzifədən azad olunaraq Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib.
Qeyd edilib ki, Rail Bayramlı bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top