Çin ABŞ-a xəbərdarlıq etdi


Çin ABŞ donanmasının hərbi kəşfiyyat təyyarəsinin Tayvan boğazından keçməsini pisləyib və bu fəaliyyəti regional sülh və sabitliyi təhdid etdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusu məlumat yayıb. Bəyanatda uçuşun regional vəziyyətə zərər verdiyi və Tayvan boğazında sülh və sabitliyi təhlükə altına atdığı bildirilib.
Çin ordusunun hazırlıq vəziyyətində olduğu vurğulanaraq, milli suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcəyi qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top