
Elnur Mahmudov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təşkili Şöbəsinə təyinat alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DYP məlumat yayıb.
Elnur Mahmudov əvvəllər DYP-də çalışıb. Daha sonra öz ərizəsi ilə işdən çıxıb. O yenidən idarədə işlə bağlı müraciət edib və quruma qəbul edilib.
Qeyd edək ki, xalq arasında "Aşıq Muşqulat" adı ilə tanınan Elnur Mahmudov efirlərdə məzəli mahnıların ifaçısı kimi verilişlərdə çıxış edib.
Tətbiqimizi yükləyə bilərsiniz