
“Bizim 800-dən bir az çox məktəbimiz qəzalıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Bizim 800-dən artıq məktəbi eyni gündə və ya ildə təmir etməyimiz mümkün deyil. Bu, fiziki olaraq mümkün deyil. Ona görə də bu, mərhələli şəkildə aparılır. Biz bütün məktəblərə baxırıq. Çünki elə məktəblər var ki, mən, həqiqətən də qəbul edirəm ki, vəziyyət ürəkaçan deyil. Bunu hamı bilir. Siz və mən məktəbdə oxuyanda məktəblərinmiz daha pis vəziyyətdə olub”, - nazir bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz