
Türkiyənin Malatya şəhərində baş verən 5,6 bal gücündə zəlzələdən sonra 29 bina dağılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bİldirilib ki, dağıntılar altından 32 nəfər xilas edilib, ümumilikdə 110 nəfər yaralanıb.
***15:16
Malatyanın Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündə zəlzələdə ilkin məlumatlara görə, 25 bina dağılıb, 1 nəfər ölüb, 69 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***13:29
Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda zəlzələ baş verib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) saytında yer alan məlumatda deyilir.
Bildirilib ki, yerli vaxtla saat 12:04-də (Bakı vaxtı ilə 13:04) Malatyanın Yeşilyurt rayonunda 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ yerin təxminən 6,97 kilometr dərinliyində baş verib.
"Malatya əyalətimizin Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündə zəlzələdən sonra qruplarımız həyəcan vəziyyətindədir. Ərazidəki zərər qiymətləndirilir".
Malatya'nın Yeşilyurt ilçesinde 5,6 büyüklüğünde deprem meydana geldi. Ayrıntılar @trthaber’de. https://t.co/gaCsrZZL6o
— TRT Haber Canlı (@trthabercanli) February 27, 2023