Deputat Bəxtiyar Hacıyev haqda: “Məhkəmənin ədalətinə inanıram”


“Məhkəmə gedir. Məhkəmənin işinə müdaxilə etmək olmaz. Əminəm ki, ədalətli qərar qəbul olunacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assmableyasındakı nümayəndə heyətinin rəhbəri, hakim Yeni Azərbaycan Partiyasının üzvü Səməd Seyidov həbsinə etiraz olaraq artıq 49 gündür aclıq edən ictimai fəal Bəxtiyar Hacıyev haqda Toplum TV-nin sualını cavablandırarkən deyib.
Deputat Azərbaycan məhkəməsinin ədalətinə inandığını bildirib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da həbs olunub. O, məhkəməyə hörmətsizlikdə və xuliqanlıqda ittiham olunur. Məhkəmə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Sonradan ona ünvanlanan ittihamlar ağırlaşdırılıb. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.
İctimai fəal həbsinə etiraz olaraq yanvarın 9-dan bəri 49 gündür ki, aclıq aksiyası keçirir. Vəkilləri Hacıyevin səhhətinin ağır olduğunu bildirirlər. 
Bir sıra beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri ictimai fəalın həbsini sifarişli sayır və Azərbaycan hökumətindən onun dərhal azadlığa buraxılmasını tələb edirlər.
Fevralın 23-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin həbs-qətimkan tədbiri daha 2 ay uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top