
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri (VKS) 1650 km mənzilli yeni “Paveh” qanadlı raketi alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə fevralın 25-də “Tasnim” agentliyi məlumat yayıb. SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadənin sözlərinə görə, İran raketləri mükəmməl dəqiqliyə malikdir. O qeyd edib ki, ABŞ-ın regiondakı bütün hərbi bazaları İranın yeni raketlərinin məhv edilməsi zonasındadır.
Hacızadə İranın 2000 km-ə qədər radiusda Amerika hərbi gəmilərini vurmağa qadir olduğuna diqqət çəkib.
Qeyd edək ki, Hacızadə 2022-ci ilin noyabrında İranın ilk hipersəs ballistik raketini hazırladığını açıqlayıb . Onun sözlərinə görə, raket bütün HHM sistemlərindən keçəcək.