İlham Əliyev Türkiyəyə getdi - Yenilənib


Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərə gəlib.
Yeniavaz.com
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və digər rəsmi şəxslər qarşılayıblar.


***12:42

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyəyə gedəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, İ.Əliyev Vahdettin Köşkündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Qeyd edilib ki, iki liderin görüşü Bakı vaxtı ilə 15:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top