
Pakistanın Pəncab əyalətində iki avtobusun iştirakı ilə baş verən qəzada azı 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə M-5 şəhərlərarası avtomobil yolunun Rəhim-Yar-Xan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobus təkərin partlaması nəticəsində aşıb, daha sonra digər avtobus və yolsuzluq avtomobili ona çırpılıb.
Yaralılar xəstəxanaya çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.
Tətbiqimizi yükləyə bilərsiniz