Avropa klubu "Qarabağ"ın futbolçusu ilə maraqlanır


Belçikanın “Anderlext” klubu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevlə maraqlanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
Bildirilib ki, Brüssel təmsilçisi UEFA Konfrans Liqasında "Gent"ə qarşı keçirilən matçda müdafiəçini izləmək üçün öz skautunu da göndərib.
Məlumatda futbolçu ilə Türkiyənin "Antalyaspor" klubunun da maraqlandığı qeyd olunub.
Qeyd edək ki, E.Cəfərquliyev bu mövsüm 32 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

DİGƏR XƏBƏRLƏR

Top