
Astronomlar Yerdən təxminən 280 işıq ili uzaqlıqda cırtdan ulduzun ətrafında fırlanan qeyri-adi böyüklükdə planet aşkar ediblər.
Yeniavaz.com NASA-ya istinadla xəbər verir ki, yeni tapılan planet Günəş sisteminin ən böyük planeti olan Yupiter ölçüsündədir.
Tədqiqatçılar "TOI 5205b" adlanan planeti böyüklüyünə görə qadağan olunmuş planet kimi təsvir ediblər.
Bildirilib ki, Yerdən təxminən 280 işıq ili uzaqlıqda kiçik bir ulduzun ətrafında fırlanan qeyri-adi dərəcədə böyük ekzoplanet TOI-5205 adlı qırmızı cırtdan ulduzun ətrafında dövr edir.
Tətbiqimizi yükləyə bilərsiniz