
Almaniya Ukraynaya Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından daha dörd müasir “Leopard 2 A6” əsas döyüş tankı vermək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib.
"Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından daha dörd “Leopard 2 A6” döyüş tankını Ukraynaya təhvil vermək qərarına gəlib", - deyə məlumatda qeyd olunub.