
Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Yeniavaz.com xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.
Püşk nəticəsində Türkiyə təmsilçisi “Fənərbağça”nın da rəqibi bəlli olub. İstanbul klubu “Sevilya” ilə qarşılaşacaq.
Final mərhələsinin digər qarşılaşmaları isə bu şəkildədir: “Union” (Almaniya) - “Union” (Belçika), “Sevilya” (İspaniya) - “Fənərbağça” (Türkiyə), “Yuventus” (İtaliya) - “Frayburq” (Almaniya), “Bayer” (Almaniya) - “Ferensvaroş” (Macarıstan), “Sportinq” (Portuqaliya) - “Arsenal” (İngiltərə), “Mançester Yunayted” (İngiltərə) - “Betis” (İspaniya), “Roma” (İtaliya) - “Real-Sosyedad” (İspaniya), “Şaxtyor” (Ukrayna) - “Feyenoord” (Niderland).
Qeyd edək ki, bu mərhələnin ilk görüşləri martın 9-da, cavab oyunları isə bir həftə sonra keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz