Azərbaycanlı gənc zəlzələyə görə verilən 10 min lirəni geri qaytardı – Video


Qeydiyyat yeri hələ də Türkiyənin Qaziantep şəhərində olan azərbaycanlı gənc hesabına yatırılan 10 min lirəlik zəlzələ yardımını “zəlzələ qurbanı deyiləm, ehtiyacım yoxdur” deyərək geri qaytarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yardımdan imtina edən Musa Musazadə “İhlas Haber Ajansı”na danışıb.
O bildirib ki, universitet təhsilindən sonra Qaziantepdəki yaşayış yerini dəyişməyib. Ötən günlərdə isə baş verən zəlzələ fəlakətində tələbəlik illərində yaşadığı binanın dağılmasından sonra bank hesabına 10 min lirə zəlzələ yardımı köçürülüb.
Hesabında olan pulu xərcləmədən AFAD ilə əlaqə saxlayan M.Musazadə yaşadığı Sultanbəyli rayon rəsmilərinə ərizə ilə müraciət edərək vəziyyəti izah edib.
Ona hesabındakı məbləğin üç gün ərzində geri qaytarılacağı bildirilib.
Sultanbəyli rayon rəsmisi Kamal Şahin Musa Musazadəyə nümunəvi davranışına görə təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Top