Vasif Talıbova bağlı şirkətlərdə dəyişikliklər davam edir


"Gəmiqaya Avtonəqliyyat" MMC (VÖEN – 0201375131) və “Arkoz Yol-Su Enerji 1” MMC (VÖEN – 0201373141) yenidən təşkil olunduqlarını elan ediblər.
Yeniavaz.com
 xəbər verir ki, “Yol-Su İnşaat” MMC ləğv olunaraq “Arkoz Yol-Su Enerji 1” MMC-yə qoşulub. "ALÇI-ZAVOD-75" MMC isə "Gəmiqaya Avtonəqliyyat" MMC-nin tərkibindən ayrılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə heyətinin sədri olub.
Xəbəri rus dilində oxuyun: В компаниях, связанных с Васифом Талыбовым, очередные изменения
Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.
Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərin nizamnamə kapitallarında da dəyişikliklər olur. Ehtimal etmək olar ki, nizamnamə kapitallarının dəyişməsi təsisçi dəyişikliyilə bağlıdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top