FHN Türkiyədə tibbi xidmət alanların sayını açıqladı - Video


Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Yeniavaz.com xəbər verir ki, FHN-dən verilən məlumata görə, hospitallarda ötən günlər ərzində ümumilikdə 319-u uşaq olmaqla 1 623 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Qeyd olunub ki, hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top