Boris Conson NATO-nun Baş katibi vəzifəsinə namizəd olduğunu açıqladı


Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson NATO-nun növbəti Baş katibi ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə B. Conson özü məlumat yayıb.
“Elan etməliyəm ki, belə bir fikrim var. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı və vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür", - deyə o bildirib.
Qeyd edək ki, NATO-nun hazırkı başçısı Yens Stoltenberqin sentyabrda vəzifəsini tərk edəcəyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top