Yevlaxda ferma yandı, 200 baş xırdabuynuzlu heyvan tələf oldu


Yevlaxda fermada yanğın olub 200 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.
Yeniavaz.com
xəbər verir ki, hadisə rayonun Tanrıqulular kəndi ərazisində yerləşən Vasif Cəfərova məxsus fermada qeydə alınıb. Daşkəsən rayonun Təzəkənd sakini Zakir Məmmədov ailə üzvləri ilə birgə fermanı arendaya götürərək orada heyvandarlıqla məşğul olub. Məlumata görə, alov gecə saatlarında fermanının yaxınlığında kanalda olan qamışlıq ərazidən başlayıb və heyvan saxlanan tövləyə keçib. Təsərrüfat sahibləri iri buynuzlu 60 baş mal-qaranı yanğından salamat xilas edə bilsələrdə 130 baş qoyun, 70-dən çox quzu, xeyli sayda ev quşu yanaraq tələf olub.
Zərərçəkən ailə onu da qeyd edib ki, fermada elektrik enerjisindən istifadə olunmur. Son iki ildə ilk dəfədir ki, fermanın yaxınlığından keçən qamışlıqda gözlənilməz yanğın baş verir.
Esmira Hidayətova, Yevlax
 

DİGƏR XƏBƏRLƏR

Top