“Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - Yenilənib


Havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Şahdağ” Milli Parkı ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Nazirlikdən Yeniavaz.com-a verilən xəbərə görə, yanğın nəticəsində təqribən 7 hektar sahədə xəzəl, quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli kənd sakini iştirak edib.


***18:36

“Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində başlayan yanğın məhdudlaşdırılıb.

Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.


***17:40
İsmayıllıda meşə ərazisində yanğın hadisəsi qeydə alınıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, yanğın İsmayıllı rayon Xənəyi kənd ərazisindəki meşədə qeydə alınıb.

Hazırda İsmayıllı yanğından mühafizə hissəsinin əməkdaşları yanğını söndürməyə çalışırlar.

DİGƏR XƏBƏRLƏR

Top