
Niderlandın paytaxtı Amsterdamda kollektiv müqavilənin artırılması tələbi ilə təmizlik işçilərinin başlatdığı 1 həftəlik tətil səbəbiylə küçələrdə zibil yığınları əmələ gəlib.
Yeniavaz.com xaici KİV-ə istinadla xəbər verir ki, tətillə əlaqədar paytaxtın bir çox küçə və meydanlarında zibil qutularının daşması müşahidə olunarkən, şəhər sakinləri də bu vəziyyətdən şikayətləniblər.
Bu vəziyyətin sağlamlıq üçün təhlükə yarada biləcəyini ifadə edən sakinlər məsələnin həlli üçün hökumətə müraciət ediblər.