
Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif İmran oğlu Babayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Məlumat üçün bildirək ki, Azərbaycan xanəndəsi, professor, Azərbaycan SSR xalq artisti, Azərbaycan Milli Konservatoriyasının “Muğam” kafedrasının müdiri Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam rayonu Sarıhacılı kəndində anadan olub.
