Türkiyədə ötən gün baş verən zəlzələdə ölənlərin sayı artır – Yenilənir


Ötən gün Türkiyənin Hatay vilayətində baş verən 6,4 və 5,8 bal gücündəki zəlzələlər nəticəsində 6 nəfər dünyasını dəyişib.
Yeniavaz.com
CNN Türk-ə istinadla xəbər verir ki, səhiyyə naziri Fahrettin Koca 294 nəfərin xəsarət aldığını, onlardan 18-nin vəziyyətinin ağır olduğunu bildirib.
Qeyd olunub ki, axtarış xilasetmə işləri davam etdirilir.

***00:01
Türkiyənin Hatay vilayətində baş verən 6,4 və 5,8 bal gücündə iki zəlzələdən sonra bir nəfər ölüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisə nəticəsində 8 nəfərin yaralandığı qeyd olunub.


***20 fevral, 22:56
Türkiyənin Hatay bölgəsindı baş verən 6,4 və 5,8 bal iki güclü zəlzədən sonra yaralılar var.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.

O bildirib ki, zəlzələ nəticəsində xəstəxanaya yerləşdirilən 8 yaralı var.


***22:50
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyibölgədə sunami ola biləcəyi ilə bağlı xəbərdarlığı ləğv edib
***22:15
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi Hatayda baş verən 6,4 bal gücündə zəlzələdən sonra əhaliyə xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, AFAD-ın məlumatında bölgədə sunami ola biləcəyi qeyd edilib.
Bu səbəbələ bölgədəki əhalinin təhlükəsiz bölgəyə köçürülməsi istənilib.

***21:41
Türkiyənin Hatay bölgəsində səhra xəstəxanasına gedən yolun bir hissəsi 6,4 bal gücündə zəlzələ nəticəsində çöküb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə türkiyəli jurnalist Cüneyt Özdemir hadisə yerindən aldığı məlumatlara əsasən tvitterdə paylaşım edib.
 

DİGƏR XƏBƏRLƏR

Top