
Türkiyənin Hatay bölgəsində 6,4 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, Türkiyə mediası dağıntıların olduğu barədə məlumat yayılıb.
Zəlzələ zonasında fəaliyyəti ilə tanınan Haluk Levent tvitterdə çox sayda binanın uçduğunu yazıb.
Dağıntı barədə hələlik rəsmi məlumat yoxdur.
6,4 bal gücündə zəlzələdən sonra mərkəzi Samandağda 5,8 bal gücündə daha bir zəlzələ baş verib. Şəhərdə bəzi binaların uçduğu qeyd olunub.
Hatay'da depremin görüntüsü. (AA) pic.twitter.com/2VZtKYXF63
— BPT (@bpthaber) February 20, 2023
***21:17
Türkiyənin Hatay bölgəsində daha bir güclü zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Kandilli rəsədxanası məlumat yayıb.
Bildirilib ki, Hatayın Büyükçat-Samandağ ərazisində zəlzələ yerin 7,7 km dərinliyində 6,4 bal gücündə zəlzələ olub.
Sakinlər yeraltı təkanların ciddi şəkildə hiss olunduğunu qeyd edib.